Cənubi Koreya həddindən artıq turizmə qarşı komendant saatı tətbiq edəcək


Cənubi Koreyada səlahiyyətlilər həddindən artıq turizmin qarşısını almaq üçün tarixi Bukchon Hanok kəndində bəzi yerlərə girişi məhdudlaşdıracaq.



Cənubi Koreyada səlahiyyətlilər overturizmin təsirlərini azaltmaq üçün paytaxt Seulun tarixi Bukchon Hanok kəndində bəzi ərazilərə girişi məhdudlaşdırmağa hazırlaşır. Noyabr ayında sınaq mərhələsinə başlayacaq müraciət çərçivəsində saat 17.00-10.00 arasında turistlərin müəyyən bölgələrə girişi məhdudlaşdırılacaq.

Mart ayında qüvvəyə minməsi planlaşdırılan məhdudiyyəti pozan turistlər 100 min Cənubi Koreya Vonu məbləğində cərimələnəcək. Bu yeni tənzimləmə kənddə turist sıxlığının qarşısını almaqla sakinlərin gündəlik həyatını qorumaq məqsədi daşıyır.

Kənddəki Asiya Mədəniyyət İncəsənət Muzeyinin sahibi Kvon Young-doo ictimai yerlərdə dolaşan turistləri cərimə etməyin mənasız olduğunu ifadə edərək, "Belə bir şey olsa kim burada səyahət etmək istəyər? Cənubi Koreya haqqında pis təəssüratla ayrılacaqlar" bildirib.

Seulun Conqno rayonunda yerləşən və Coseon sülaləsindən qalma 1392-1897-ci illəri əhatə edən tarixi kənd ənənəvi taxta evləri və dar küçələri ilə həm yerli əhalinin, həm də xarici turistlərin diqqətini çəkir. Lakin son illərdə turistlərin sayının artması kənddə yaşayan təxminən 6100 nəfəri narahat edir. Bildirilib ki, ötən il kəndə 6 milyona yaxın turist gəlib.

Conqno regional direktoru Çung Mun-hun bu tətbiq ilə kənd sakinlərinin hüquqlarını qorumağı hədəflədiklərini ifadə edərək, məhdudlaşdırılacaq ərazinin təxminən 34 min kvadratmetr, yəni 5 futbol meydançası böyüklüyündə olduğunu bildirib.

Bölgədə ənənəvi Koreya evlərinin turizmə açılmasından məmnun olmayan yerli əhali 2010-cu ildə kənddə cəmi 10 evin turistlərin istifadəsinə verildiyini, 2023-cü ilin oktyabr ayına isə bu rəqəmin 116-ya yüksəldiyini bildirib.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu