Cənubi Koreyada Kim Çen Inı tərifləyən mahnı qadağan ediləcək
Cənubi Koreya "TikTok"da Pxenyan lideri Kim Çen Inı "mehriban ata" və "böyük lider" kimi tərifləyən Şimali Koreya təbliğat mahnısını qadağan edəcək.
Seulun media tənzimləyicisi aprel ayında yayımlanandan bəri "TikTok"da populyarlaşan musiqili videonun ölkənin Milli Təhlükəsizlik Qanununu pozduğunu bildirib.
Bazar ertəsi Seulun Koreya Rabitə Standartları Komissiyasının bəyanatında deyilir: "Mahnı Kim Çen Inı bütləşdirir, tərifləyir və izzətləndirir".
Təhlükəsizlik Qanunu Şimal hökumətinin internet saytlarına və mediasına girişi bloklayır və rejim üçün əlverişli davranış və çıxışı cəzalandırır.
Komissiya “Dost Baba” klipinin 29 versiyasını bloklayacağını bildirsə də, bunun necə ediləcəyi barədə ətraflı məlumat verməyib.
Qərarın Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin sorğusu əsasında verildiyi bildirilib.
“Video Cənubi Koreyaya qarşı psixoloji müharibə ilə əlaqəli tipik məzmundur, çünki o, xarici dünya ilə əlaqə yaratmaq üçün idarə olunan bir kanalda yayımlanıb və əsasən Kimi birtərəfli şəkildə bütləşdirməyə və izzətləndirməyə yönəlib”, - deyə tənzimləyici bildirib.