Norveçdə sosial mediadan istifadəyə yaş məhdudiyyəti qoyulub


Norveçin baş naziri Jonas Qahr Stor uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq üçün sosial mediadan istifadə yaş həddini 15-ə qaldırmağı planlaşdırdığını açıqlayıb.



Uşaqların sosial mediadan istifadə yaşı bütün dünyada müzakirə olunan mövzuya çevrilib.

Bir çox ölkədə sosial mediadan istifadə yaşı ilə bağlı araşdırmalar aparılır.

Norveç uşaqlara yaş məhdudiyyəti qoyan ölkələr sırasındadır.

Norveçin baş naziri Jonas Qahr Stor bildirib ki, yeni qaydalar texnologiya şirkətlərinin 15 yaşdan kiçiklərdən şəxsi məlumat toplamasının qarşısını alacaq və bu, "Netflix" kimi şirkətlərə də şamil ediləcək.

Hazırda Skandinaviya ölkəsində 13 yaş məhdudiyyəti var.

Buna baxmayaraq, Norveç media orqanının araşdırmasına görə, doqquz yaşlı uşaqların yarısından çoxu, 10 yaşlıların 58 faizi və 11 yaşlıların 72 faizi sosial mediadadır. Uşaqlar çox vaxt məhdudiyyətləri asanlıqla aşa bilirlər.

Stor yerli VG xəbər agentliyinə "Bu, çox güclü bir mesaj verir. Uşaqlar sosial mediadakı zərərli məzmundan qorunmalıdır. Bunun çətin bir mübarizə olduğunu bilirik. Çünki burada dominant qüvvələr var, amma siyasətin də lazım olduğu yer buradır” deyib.

Ailə naziri Kjersti Toppe “Valideynlər texnologiya nəhəngləri ilə mübarizədə təkbaşına dayana bilməzlər. Ona görə də biz daha sərt qanunvericilik üzərində düşünürük” ifadələrini işlədib.

Mənbə: Guardian



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu