Jurnalistlər işdən çıxarılır, yerinə süni intellektlər götürülür


Jurnalistlər işdən çıxarılır, onların yerinə süni intellektli aparıcılar qoyulur.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, Polşada bir radio redaksiyasında baş verir. Rəhbərliyin jurnalistlərini ixtisar edərək süni intellekt (AI) tərəfindən yaradılan aparıcılarla yenidən yayıma başlaması müzakirələrə səbəb olub.

Belə ki, Krakovda yerləşən "OFF Radio" br müddət bağlı qaldıqdan sonra bu həftənin əvvəlində yeni texnologiya ilə efirə qayıdıb və bunun "Polşada jurnalistlərin virtual personajlar kimi süni intellekt tərəfindən istehsal olunduğu ilk təcrübə" olduğunu elan etdi.

Stansiya bildirib ki, üç süni avatar xüsusi olaraq gənc dinləyicilərə çatmaq, mədəniyyət, incəsənət və sosial mövzularda çıxışlar etmək məqsədi daşıyır.

Telekanalın meneceri Marcin Pulit açıqlamasında deyib: "Süni intellekt media, radio və jurnalistika üçün fürsətdir, yoxsa təhlükədir? Biz bu suala cavab axtaracağıq".

Bu dəyişiklik daha əvvəl stansiyada proqram aparan jurnalist və kino tənqidçisi Mateusz Demskinin çərşənbə axşamı işçilərin süni intellektlə dəyişdirilməsinə qarşı açıq məktub dərc etməsi ilə gündəmə gəlib. Demski bu vəziyyəti "təhlükəli bir presedent" olaraq xarakterizə edib və bunun media sektorunda təcrübəli işçilərin və yaradıcı sənayelərdəki insanların maşınlarla əvəzlənəcəyi bir dünyaya qapı aça biləcəyini deyib.

Çərşənbə günü səhərə qədər 15 mindən çox insanın imza atdığını və yüzlərlə insandan, xüsusən də gənclərdən rəy aldığını söyləyən Demski, bu təcrübənin mövzusu olmaq istəmədiklərini bildirib.

O, 2022-ci ilin fevral ayından "OFF Radio Krakov"da işləyir və stansiyanın ictimai yayımçı kimi vergi ödəyicilərinin dəstəyi ilə sağ qaldığını xatırladıb.

Telekanalın meneceri Pulit jurnalistlərin süni intellektə görə işdən çıxarılmadığını, dinləyicilərin sayının demək olar ki, sıfır olduğu üçün belə bir addım atdıqlarını bildirib.

Rəqəmsal məsələlər naziri Krzsztof Gavkovski də Demskinin məktubunu oxuduğunu və süni intellektin istifadəsi ilə bağlı hüquqi tənzimləmələrin edilməsi gərəkdiyini bildirib. "Süni intellektin inkişafının tərəfdarı olsam da, bəzi sərhədlərin getdikcə daha çox aşıldığına inanıram. Süni intellektin geniş yayılması insanlara qarşı deyil, insanlar üçün olmalıdır!" - deyə Qavkovski qeyd edib.

Radioda süni intellektin yaratdığı aparıcının 2012-ci ildə vəfat edən Nobel mükafatlı polyak şairi Vislava Şimborskanın səsindən "müsahibə" aldığı veriliş də yayımlanıb.

Mənbə: CNN International



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu