İsrail Beyrutun cənubuna 12 hava zərbəsi endirib


İsrail Livanın paytaxtı Beyrutun cənubuna 12 hava zərbəsi endirib.



Livanın rəsmi agentliyi (NNA) Beyrutun cənubundakı Əmirkan rayonunun 1 İsrail hava hücumunun, Hureyk bölgəsinin isə 2 İsrail hava hücumunun hədəfi olduğunu açıqlayıb.

Hücumlar İsrail ordusunun sözçüsü Aviçay Adrainin X hesabından təxliyə xəbərdarlığından sonra baş verib.

Bu hücumlardan sonra sözçü Beyrutun cənubundakı 3 bina üçün yeni təxliyə xəbərdarlığı edib.

Bu evakuasiya xəbərdarlığından sonra İsrail Burj əl-Baracine və Hades məhəllələrinə daha 3 hava hücumu həyata keçirib.

Yerli media İsrailin Hureyk, Burj əl-Baracine və Hades məhəllələrinə ardıcıl hücumları ilə yanaşı, bəzi bölgələri də xəbərdarlıq etmədən hədəfə aldığını və paytaxta ümumilikdə 12 hava hücumu təşkil etdiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu