Aİ Polşaya ümid edir
Macarıstanın ilin sonunda Aİ Şurasının sədri postunu tərk etməsindən və Polşanın bu vəzifəni üzərinə götürməsindən sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini sərtləşdirmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
"Varşava artıq Aİ-dəki altı aylıq rəhbərliyindən qitəyə gələn Rusiya yanacağına nəzarəti gücləndirmək üçün istifadə etmək istədiyini açıqlayıb. Rusiyanın enerji idxalı artır, biz bunu düzəltməliyik” - deyə Polşanın İqlim və Ətraf Mühit Nazirinin müavini Krzysztof Bolesta bildirib.
Macarıstanın baş naziri Viktor Orban ölkəsinin rəhbərliyindən sanksiya danışıqlarını dayandırmaq üçün istifadə edib. Üzv dövlətlər indi Polşaya ümid edir ki, danışıqlar yenidən gündəmə gələcək.