Dünya çayları son 30 ilin ən sürətli quruma sürətinə çatıb
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) suyun iqlim dəyişikliyinin xəbərçisi olduğunu bəyan edib və təcili tədbirlər görməyə çağırıb. 2023-cü ildə çaylar son 30 ilin ən sürətli quruma sürətinə çataraq qlobal su ehtiyatlarını riskə atıb.
WMO-nun Qlobal Su Resursları Hesabatına əsasən, son beş ildə bütün dünyada çayların səviyyəsi orta səviyyədən aşağı olub və su ehtiyatları da aşağı olaraq qalıb. 2023-cü ildə çay hövzələrinin 50 faizindən çoxu qeyri-adi şəraitlə üzləşib. Bu, Amazon və Missisipi çaylarında, xüsusən Şimali, Mərkəzi və Cənubi Amerikada rekord dərəcədə aşağı su səviyyəsi kimi qeydə alınıb. Asiya və Okeaniyada Qanq, Brahmaputra və Mekonq çaylarının hövzələri də aşağı səviyyədə olub.
2023-cü il ən isti il kimi qeydə alınaraq, iqlim dəyişikliyi su dövranına təsir edib, həddindən artıq quraqlıq və daşqınlara səbəb olub. WMO-nun məlumatına görə, buna ilin ortalarında La Ninadan El Ninoya keçid təsir edib. Bununla belə, alimlər iqlim dəyişikliyinin bu hava hadisələrinin təsirini artırdığını bildirirlər.
Afrikanın şərq sahilləri, Yeni Zelandiyanın Şimal adası və Filippin daşqından zərər çəkmiş ərazilər arasındadır. İsveç, İrlandiya və Böyük Britaniyada çaylarda suyun səviyyəsi normadan artıq qeydə alınıb.
Mənbə: Guardian