Meksikada mer vəzifəyə gəldikdən bir həftə sonra öldürüldü
Meksikanın Gerrero əyalətinin paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəyə gəldikdən təxminən bir həftə sonra öldürülüb.
Dövlət Prokurorluğu təxminən bir həftə əvvəl and içən Arkosla bağlı açıqlama verib.
Açıqlamada Arkosun hücum nəticəsində öldüyü bildirilsə də, hadisə ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Mənbə: AA