Meksikada merliyə namizəd güllələnib


Meksikanın Koyuka de Benitez şəhərinin meri vəzifəsinə namizəd Xose Alfredo Kabrera Barrientos yekun seçki mitinqində güllələnib.


Bu barədə yerli media məlumat yayıb.

Siyasətçi basketbol meydançasında tərəfdarları ilə görüş keçirərkən naməlum tərəfindən tapança başının arxasından vurulub.

Bildirilir ki, hadisə yerindən sosial şəbəkələrdə yayılan videolara əsasən, azı 15 atəş açılıb.

Koyuka de Benitesin də daxil olduğu Gerrero ştatında seçki kampaniyası zamanı şəhər meri vəzifəsinə beş, deputat vəzifəsinə isə bir namizəd ölümcül sui-qəsdlərin qurbanı olub.

Bundan əvvəl Meksikada prezidentliyə namizəd Xorxe Mainesin mitinqində səhnənin uçması nəticəsində 9 nəfər ölüb, 50-dən çox insan yaralanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu