Vidadi Mahmudov nazirliyi məhkəməyə verdi


Keçmiş müsavatçı vəkil Vidadi Mahmudov Səhiyyə Nazirliyini məhkəməyə verib.


Qaynarinfo-nun məlumatına görə, iş hazırda apellyasiya mərhələsindədir.

Birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib. Vidadi Mahmudov apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cahangir Yusifov iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədardır.

Bundan əvvəl Vidadi Mahmudov xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi. O, Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham edilirdi. Bu işin nəticəsi barədə açıq mənbələrdə məlumat yoxdur.

Vidadi Mahmudov 2005-ci ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının katibi kimi Müsavat Partiyasını təmsil edib. Seçkidən sonra isə partiya təmsilçiliyinə son qoyub və siyasətdən gedib. Hazırda vəkillik fəaliyyəti məşğul olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu