Stoltenberqə qarşı Belçikada iddia qaldırılıb


Belçikada NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə qarşı Ukraynada Rusiyaya qarşı münaqişənin başlanmasında iştirak, NATO dövlətlərinin təhlükəsizliyinə qəsd, sülh əleyhinə cinayətlər, bir qrup insanın həyatına və sağlamlığına zərər vurmaqda ittiham olunaraq məhkəmədə iddia qaldırılıb.


AFN.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında iddiaçı, Ukraynadakı münaqişənin tədqiqatçısı və onun başlanmasında Qərbin birbaşa məsuliyyəti haqqında kitabın müəllifi, Fransa vətəndaşı Patrik Pazen bildirib. Onun sözlərinə görə, iddia sentyabrın 27-də Brüssel məhkəməsinə təqdim edilib.

İddiada bildirilir ki, Yens Stoltenberq sülhə qarşı cinayət təşkil edən konkret hərəkətləri həyata keçirmək üçün mütəşəkkil plan və ya sui-qəsddə iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu