Rusiya Ukraynada sağlamlıq mərkəzini vurdu: 8 nəfər öldü, 11 nəfər yaralandı

Rusiyanın Ukraynanın Sumı şəhərində sağlamlıq mərkəzinə hücumu nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.
Rusiya ordusu səhər saatlarında Ukraynanın şimal-şərqindəki Sumı şəhərində sağlamlıq mərkəzini hədəfə alıb. Ukrayna prezidenti Volodimir Zelenski verdiyi açıqlamada hücumda 8 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın gecə boyu həyata keçirdiyi hücumda 73 pilotsuz uçuş aparatından 69-nın vurulduğu, hücumlarda 2 ballistik və 2 qanadlı raketdən də istifadə edildiyi bildirilib.
Qeyd edilib ki, Rusiyaya məxsus 15 PUA paytaxt Kiyev və ətrafında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Mənbə: İHA