Litva Rusiya ilə gömrük əməkdaşlığı haqqında sazişin denonsasiyasını təsdiqləyib


Litva hökuməti Rusiya Federasiyası və Belarusla gömrük sahəsində əməkdaşlığa dair sazişlərin denonsasiyası təklifini təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Litva gömrük idarəsi Rusiya Federasiyası və Belarus departamentləri ilə əməkdaşlığı kəsib və 2022-ci ilin fevralından bu yana onlarla məlumat mübadiləsi aparmayıb. Hökumətin mövqeyini əks etdirən denonsasiya sənədi təsdiq üçün Litva parlamentinə təqdim edilir.

Parlamentin həmçinin Rusiya Federasiyası və Belarusla investisiyaların təşviqi və qorunması və ikiqat vergitutmanın aradan qaldırılmasına dair iqtisadi sazişlərin denonsasiyası haqqında qərarı ikinci oxunuşdan keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu