Litva Belarusla sərhəd nəzarətini gücləndirmək qərarına gəlib

Litva Belarusla sərhəd nəzarətini gücləndirəcək və tikanlı məftillərə patrul cığırını əlavə edəcək.
Litva Belarusla sərhəd nəzarətini gücləndirmək və mövcud tikanlı məftillərə patrul cığırını əlavə etməklə infrastrukturu inkişaf etdirmək qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.
“Vilnüs şərqdən gələn mifik təhlükədən qorunmağa davam edir. Tikanlı məftillərdən əlavə, Belarusla sərhəddə patrul cığırı tikiləcək”, - nəşr yazır.
İyunun 19-da cığırın çəkilməsi işlərinə başlanacağı bildirilir. Onun eni üç metr yarım olacaq ki, bu da Litva sərhədçilərinə həm piyada, həm də nəqliyyatda hərəkət etməyə imkan verəcək.