Taylandda 4 metrlik pitonun sarıldığı qadın 2 saat xilas olmağı gözləyib


Taylandın Samut Prakan əyalətinin Phra Samut Çedi bölgəsində bir qadın evində 4 metrlik pitonun hücumuna məruz qalıb.



Bu barədə “Bangkok Post” məlumat verib.

Bildirilib ki, Taylandda bir nəfər onu əhatə edən 4 metrlik pitondan təxminən 2 saat sonra xilas edilib.

Bədəni pitonla sarılmış 64 yaşlı qadının kömək çağırışlarını eşidən qonşular hadisə barədə məlumat verib.

Təxminən 2 saat gözləyən qadın xilasetmə qruplarının səyi nəticəsində azı 20 kiloqram ağırlığında olan pitondan xilas edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu