Taylandda 14 yaşlı uşaq ticarət mərkəzində atəş açıb: 3 nəfər ölüb


Taylandın paytaxtı Banqkokda "Siam Paragon" ticarət mərkəzində 14 yaşlı uşağın silahla atəş açması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.



“Bangkok Post”un məlumatına görə, yerli vaxtla saat 16.40-da Banqkokun “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşaq tapança ilə 10 atəş açıb.

Hücumda 3 nəfər ölüb, 4 nəfər yaralanıb, polis yerli vaxtla saat 17.10-da hücumçunu yaxalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu