Zimbabve quraqlığa görə 200-ə yaxın fili kəsəcək


Zimbabve şiddətli quraqlığın yaratdığı qida çatışmazlığı şəraitində xalqı qidalandırmaq üçün təxminən 200 fili kəsməyi və ətini vətəndaşlara paylamağı planlaşdırır.


Yerli mətbuatda yer alan xəbərlərə görə, Zimbabvenin vəhşi təbiət idarəsi, quraqlıqdan sonra aclıq çəkən insanlar üçün təxminən 200 filin kəsiləcəyini və ətlərinin ehtiyacı olanlara paylanacağını, bunun da ölkədəki zərərvericilərdən təmizlənmə işlərinə töhfə verəcəyini bildirib.

Bəzi ekoloqlar qida təmin etmək üçün daha yaxşı yollar olduğunu bildirərək qərarı tənqid ediblər. Onlar fillərin ölkəyə turistlərin cəlb edilməsində mühüm element olduğunu bildirərək qərarı pisləyiblər.

Zimbabvedə 84 mindən çox fil var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu