Trampı öldürməyə cəhd edən şəxs Ukraynada olub?


ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına qəsd edən atıcı son illərdə Ukraynaya səfər edib.


AFN.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən açıqlamaya görə, keçmiş Amerika liderinin həyatına qəsddə şübhəli bilinərək həbs edilən 58 yaşlı Rayan Uesli Rout ömrünün son illərini missiya axtarışında keçirib. “O Ukraynanı müdafiə etmək üçün rəngarəng ordu toplamağa çalışıb və uğursuz cəhdləri haqqında kitab yazıb”, - deyə materialda qeyd edilir.

Bundan əlavə, Raut millətçi Azov dəstəsinə dəstək videoçarxında da rol alıb.

Trampın həyatına mümkün sui-qəsd siyasətçinin Vest Palm-Biçdəki qolf klubuna səfəri zamanı baş verib. Hüquq-mühafizə orqanları atəş açan şəxsi saxlamağa müvəffəq olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu