Dünyanın ilk tam göz transplantasiyası xəstəsi diqqətəlayiq irəliləyiş əldə edib


Dünyada ilk dəfə tam göz transplantasiyası əməliyyatı keçirən amerikalı təqaüdçü əsgərin bir il sonra ciddi irəliləyiş əldə etməsi bu sahədə çalışan həkimlərə ümid yaradıb.



46 yaşlı Aron Ceyms 2021-ci ildə yüksək gərginlikli xəttə texniki xidmət göstərərkən qəza keçirib və üzünün çox hissəsini itirib.

Ceymsdə qismən üz transplantasiyası əməliyyatı keçirib və bu əməliyyat çox az adamda aparılır.

Nyu York Universitetinin Langone Sağlamlıq Tibb Mərkəzinin tədqiqatçıları transplantasiya edilmiş gözün normal təzyiq və qan axını saxladığını bildiriblər.

Eynilə transplantasiya edilən heyvanlarda da əməliyyatdan sonra donor gözün kiçilməsi müşahidə olunub.

Ceymsin donor gözündə görmə geri qayıtmayıb, lakin tədqiqatçılar ümid edirlər ki, o, bir gün yenidən görəcək.

Aron Ceymsi izləyən tədqiqatçılar onun əldə etdiyi irəliləyişdən heyrətləndiklərini deyiblər.

Transplantasiyadan sonrakı prosesi araşdırma olaraq qiymətləndirən mütəxəssislər tor qişanın işığa elektrik reaksiyasını ölçən elektroretinoqrafiya testini Ceymsə tətbiq ediblər. Bu test donor gözündə işığa həssas sinir hüceyrələrinin transplantasiyadan sağ çıxdığını göstərib.

Tədqiqatda iştirak edən komanda deyir ki, bu nəticələr gələcəkdə göz transplantasiyası vasitəsilə görmə qabiliyyətinin bərpasına ümid verir.

Ceyms qəza zamanı sağ gözünü itirməyib. Keçən ilin may ayında o, 140-dan çox səhiyyə işçisinin iştirak etdiyi 21 saatlıq əməliyyat keçirib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu