Orqanların bağışlanması ilə bağlı qərar
Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.
“Report”un əldə etdiyi məlumata görə, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:
- ürək
- ağciyər (ürək-ağciyər kompleksi)
- böyrəklər
- qaraciyər
- mədəaltı vəz
- mədə
- bağırsaqlar
- uşaqlıq
- yuxarı və aşağı ətraflar
- sümüklər
- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri
- sümük iliyi
- gözün buynuz qişası
- kök hüceyrələri
Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.
Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.