Qırğızıstan prezidenti Caparov yerli şuraları buraxıb


Qırğızıstan prezidenti Sadir Caparov inzibati və regional islahatlar əsasında yerli şuraları buraxıb.


Prezidentin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu barədə Caparov sərəncam verib.

Sərəncamda qeyd edilir ki, ölkədə aparılan inzibati və regional islahatlar əsasında müvafiq metropolitendə və kəndlərdə yaşayış məntəqələrinin sərhədlərinin dəyişdirilməsi ilə əlaqədar əyalət və rayon şuraları buraxılıb.

Caparov seçkilərin noyabrın 17-də keçirilməsinə qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu