Hollandiyada süni intellekt şirkəti 30,5 milyon avro cərimələnib


Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi (DPA) qeyri-qanuni üz tanıma bazası yaratdığına görə "Clearview AI" proqram təminatı şirkətini 30,5 milyon avro cərimələyib.



DPA-nın verdiyi açıqlamada bütün dünyada üz tanıma texnologiyası xidmətləri göstərən Avstraliyanın "Clearview AI"nin milyardlarla üz fotoşəkilindən ibarət qanunsuz məlumat bazası yaratdığı üçün cərimə olunduğu bildirilib.

Açıqlamada sözügedən məlumat bazasının yaradılması və şəkilləri verilənlər bazasına daxil edilmiş şəxslərin lazımi səviyyədə məlumatlandırılmamasının Avropa İttifaqı (Aİ) ölkələrində qüvvədə olan Ümumi Məlumatların Qorunması Qaydasını (GDPR) ciddi şəkildə pozduğu vurğulanıb.

DPA Hollandiya şirkətlərini "Clearview" xidmətlərindən istifadə etməmələri ilə bağlı xəbərdar edbi və bildirdi ki, "Clearview AI" GDPR pozuntularını dayandırmasa, onları cərimələrə əlavə olaraq 5,1 milyon avroya qədər uyğunsuzluq cəzası gözləyir.

DPA prezidenti Aleid Wolfsen məsələni dəyərləndirərkən, "Clearview AI" xidmətlərindən istifadənin Hollandiya qanunlarına görə qeyri-qanuni olduğunu ifadə edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu