Bolqarıstan Ukraynaya “Qərənfil” göndərib


Bolqarıstan Ukraynaya “Qvozdika” özüyeriyən artilleriya sistemləri verib.


BNT xəbər verir ki, bunu Bolqarıstan Müdafiə Nazirliyinin (MN) rəhbəri Atanas Zapriyanov deyib.

"Təsdiq edirəm ki, yardım paketlərində belə avadanlıqlar var. İndiyədək göndərilən bütün yardımlara müxtəlif silahlar, texnika, sursatlar daxildir ki, bu da parlamentin qərarına ciddi şəkildə uyğundur. Bunlar Bolqarıstan ordusuna artıq lazım olmayan silahlar, texnika və sursatlardır”, - deyə nazir bildirib.

Zapriyanov izah edib ki, Kiyevə təhvil verilən bütün silah və sursatlar üçün Bolqarıstan maliyyə kompensasiyası alacaq və bu, Quru Qoşunlarının və ölkənin silahlı qüvvələrinin digər növlərinin modernləşdirilməsinə yenidən sərmayə qoyulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu