Bolqarıstan Türkiyə ilə hava məkanının qorunmasına dair memorandumu təsdiqləyib

Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə mühafizəsi haqqında memorandumu ratifikasiya edib.
Sənəd iki ölkənin hava məkanında transsərhəd hava polisi əməliyyatlarının aparılmasının əsas prinsiplərini, prosedurlarını və şərtlərini tənzimləyir.
Ölkənin müdafiə naziri Atanas Zapryanov parlamentarilərin qərarını şərh edərkən qeyd edib ki, Bolqarıstan sazişi NATO ölkələrinin ümumi hava məkanına əhəmiyyət verməsi səbəbindən imzalayıb. “Biz müdafiə hərəkətlərindən danışmırıq, söhbət ehtiyatda olan təyyarələr tərəfindən həyata keçirilən dinc əməliyyatlardan gedir” - deyə o, jurnalistlərə bildirib.