Qrossi gələn həftə Zaporojye AES-ə baş çəkmək niyyətindədir
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Zaporojye Atom Elektrik Stansiyasına (AES) baş çəkəcəyini bildirib.
"MAQATE-nin səlahiyyətləri çərçivəsində biz irəliləyirik, hər iki tərəf (Rusiya və Ukrayna - red.), eləcə də beynəlxalq ictimaiyyət üçün mümkün əməkdaşlıq formatlarını axtarırıq", - deyə o, qeyd edib. Qrossi əlavə edib ki, agentlik öz işini müstəqil təşkilat kimi həyata keçirir.
Avqustun 27-də Qrossi Kursk atom elektrik stansiyasına baxış keçirmək üçün Kurçatov şəhərində olub. Səfər zamanı o, stansiyada dron zərbələrinin izlərini və PUA qalıqları gördüyünü açıqlayıb. Agentlik rəhbəri vəziyyətin ciddi olduğunu xüsusi vurğulayıb.