Konqo Demokratik Respublikasında içərisində təxminən 300 nəfərin olduğu qayıq batıb


Konqo Demokratik Respublikasında (KDR) içərisində təxminən 300 nəfərin olduğu qayıq batıb.



Yerli KİV-in məlumatına görə, ölkənin qərbindəki Lukenie çayında qayıq çevrilib.

Təxminən 300 nəfərin olduğu qayıq batdığı üçün gəmidəki çoxlu insanın boğularaq öləcəyi qorxusu var.

Səlahiyyətlilər itkin düşənlərin və ya ölənlərin sayını müəyyənləşdirməyin çətin olduğunu və qəzadan sonra çox az adamın xilas ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, iyun ayında KDC-də qayığın batması nəticəsində 21-i uşaq olmaqla azı 86 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu