İsrailin təxliyyə əmri Qəzzada 213 min fələstinliyə təsir edib

İsrailin avqust ayında Qəzza zolağında mülki şəxslərin təxliyəsi ilə bağlı verdiyi göstərişlər təxminən 213 min fələstinliyə təsir edib.
Bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
"Avqustun əvvəlindən İsrail hərbçiləri Xan Yunis, Deyr əl-Bələh və daha az dərəcədə Qəzzanın şimalında təxminən 213 min insanı əhatə edən 9 təxliyə əmri verib", - təşkilatın saytında deyilir.
Beynəlxalq təşkilatın məlumatına görə, Əl-Məvasi bölgəsində əhalinin sıxlığı kəskin artıb və hər kvadratkilometrə 30-34 min nəfər arasında dəyişir. Münaqişədən əvvəl bu rəqəm hər kv. kilotmetrə 1,2 min nəfər olub. Hesabat müəlliflərinin qeyd etdiyi kimi, bu, anklavda humanitar vəziyyəti kəskin şəkildə pisləşdirir.