Şimali İrlandiyada bomba panikası


Şimali İrlandiyanın Nyutaunards bölgəsində İkinci Dünya Müharibəsinə aid olduğu bildirilən partlayıcı qurğunun tapılması səbəbindən 400-dən çox ev təxliyə edilib.



Şimali İrlandiyanın Polis Xidməti cümə günü Nyutaunardsda tikinti işləri zamanı tapılan partlayıcı ilə bağlı açıqlama verib.

Açıqlamada bomba zərərsizləşdirmə işlərinin davam etdiyi bildirilib.

Təxliyə edilən evlərə göndərilən məktublarda söküntü əməliyyatının 5 gün və ya daha çox davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Partlayıcının nasist Almaniyası tərəfindən istifadə edildiyini qeyd edilib.

Keçən cümə günü tapılan partlayıcı üçün mütəxəssislərin avqustun 17-də bölgəyə gəldiyi, partlayıcının ətrafındakı 400 metr diametrli sahə üçün eyni gün təxliyə qərarının verildiyi ifadə edilib.

Təxliyyə qərarından sonra boşaldılan evlərin sayının 450 olduğu qeyd edilib.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu