Makqreqor 2025-ci ilə qədər döyüşə qayıtmayacaq


İki çəki dərəcəsində "Ultimate Fighting Championship" (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2024-cü ildə döyüşə qayıtmayacaq.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə promosyonun rəhbəri Dana Uayt bildirib.

"Biz danışdıq, Makqreqor döyüşmək istəyir, amma bu il yox."

İyunun sonunda Makqreqor UFC 303-də amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin irlandiyalı döyüşə hazırlıq zamanı ayaq barmağını sındırdıqdan sonra döyüş ləğv edilib.

Makqreqorun 36 yaşı var, o, qarışıq döyüş növləri üzrə 22 qələbə qazanıb, 6 məğlubiyyət alıb. İdmançı ilk UFC titulunu 2015-ci ildə qazanıb, daha sonra irlandiyalı təşkilat tarixində eyni vaxtda müxtəlif çəki dərəcələrində iki titul sahibi olan ilk döyüşçü olub. 2021-ci ilin iyulunda amerikalı Dastin Puare ilə keçirdiyi son döyüşdə Makqreqor ayağını sındırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu