UFC rəhbəri Makqreqorun oktaqona qayıtma tarixini açıqlayıb
Ultimate Fighting Championship (UFC) prezidenti Dana White irlandiyalı qarışıq stil (MMA) döyüşçüsü Konor Makqreqorun oktaqona qayıtması tarixini açıqlayıb.
Bu barədə Daily Mail məlumat yayıb.
UFC rəhbəri bildirib ki, idmançı 2024-cü ilin yayında döyüşə qayıda bilər. O vurğulayıb ki, Makqreqor dopinq test hovuzuna düşmək üçün altı ay gözləməli olacaq.
Oktyabrda Makqreqor oktaqona qayıtmasının gözlənilən vaxtını açıqlayıb. O, 2024-cü ilin aprelində oktaqona qayıtmaq istədiyini bildirib.
Makqreqor son döyüşünü 2021-ci ilin yayında keçirib və amerikalı Dastin Puaryeyə texniki nokautla uduzub.