Bloomberg: Rusiya yeni səfərbərlik elan edə bilər


Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu itkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək səviyyəyə çatıb.


AFN.az xəbər verir ki, bu haqda "Bloomberg" Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən yazıb. Vəziyyətlə tanış olan şəxsin sözlərinə görə, bölgə rəsmiləri çağırışçılara ödənişlərin artırılmasına baxmayaraq, orta hesabla çağırış kvotalarının üçdə birindən çoxu doldurulmamış qalır.

Rus ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə bilməməsi və sərhədə nəzarəti ələ keçirə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının olmadığını göstərib.

Agentliyin mənbələrindən birinin sözlərinə görə, bütün bunlar Rusiya hakimiyyətini cəbhə xəttində hərbçilərə möhlət vermək üçün “rotasiya” kimi təqdim oluna biləcək yeni səfərbərlik həyata keçirməyə məcbur edə bilər.

"Bloomberg"in başqa bir mənbəsi deyir ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu