Rusiyada yenə səfərbərlik olacaq


Rusiya hakimiyyəti ehtimal ki, qismən səfərbərlik çərçivəsində növbəti çağırış mərhələsinin mümkünlüyünü istisna etmir.


AFN.az xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında dərc etdiyi kəşfiyyat məlumatında belə deyilir.
Yanvarın 22-də mətbuat Rusiya sərhədçiləri ikili vətəndaşlığa malik qırğız əmək miqrantlarının adlarının səfərbərlik siyahılarında olduğunu deyərək Rusiyanı tərk etməsinin qarşısını aldığını yazıb.
Yanvarın 23-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qismən səfərbərlik fərmanının hələ də qüvvədə olduğunu bildirib. O, Rusiya silahlı qüvvələrinin işini təmin etməyin lazım olduğunu iddia edib.
Müşahidəçilər bu qərardan niyə rəsmən imtina edilmədiyini soruşub.
“Rusiya rəhbərliyi çox güman ki, daxili narazılığı minimuma endirməklə yanaşı, Ukraynaya gələcək hər hansı böyük hücumu təmin etmək üçün böyük sayda şəxsi heyətə olan ehtiyacını ödəmək üçün yollar axtarmağa davam edir”-Britaniya kəşfiyyatı belə xəbər verir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu