Lukaşenko Ukrayna ilə sərhəddə qoşunları gücləndirməyi əmr edib


Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmalarının gücləndirilməsi barədə göstəriş verib.


Bu barədə ölkənin müdafiə naziri Viktor Xrenin məlumat verib.

"Silahlı Qüvvələrin Ali Baş Komandanı qoşunların Qomel və Mozır taktiki istiqamətlərində qruplaşdırılmasının gücləndirilməsi ilə bağlı göstərişlər verib", - deyə BelTA agentliyi nazirdən sitat gətirir.

Xrenin bildirib ki, Xüsusi Əməliyyat Qüvvələrinin, quru qoşunlarının və raket qüvvələrinin hərbi hissələri, o cümlədən “Polonez” raket sistemləri və “İsgəndər” raket sistemləri təyin olunmuş ərazilərə yürüşlər keçirmək üçün tapşırıqlar alıb.

“Həmçinin zenit-raket qoşunlarının, radiotexniki qoşunların və aviasiyanın qüvvə və vasitələri yaradılıb və biz vəziyyəti diqqətlə izləyirik, istənilən dəyişikliyə cavab verməyə hazırıq”, - deyə nazir qeyd edib.

Xreninin sözlərinə görə, qoşun qruplaşmalarının gücləndirilməsi barədə qərar Ukraynada, eləcə də Rusiyanın Kursk vilayətində yaranan vəziyyəti nəzərə alaraq qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu