Gürcüstanın ədliyyə naziri Saakaşvilini həbsxanaya qaytaracağına söz verib


Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin yaxşılaşdığını bildirib.


AFN.az TASS-a istinadən xəbər verir ki, o keçmiş dövlət başçısının daimi qayğı və nəzarət altında olduğunu deyib.

Breqadze əlavə edib ki, Saakaşvilinin səhhətində kəskin yaxşılaşma müşahidə etdiyinə sevinir. Ədliyyə Nazirliyinin rəhbəri də siyasətçiyə sağlamlıq arzulayıb və xəstəxanadan çıxandan sonra onu həbsxanaya qaytaracağına söz verib.

“Əlbəttə, həkimlər sağlamlıq vəziyyətini qiymətləndirirlər. Yalnız onu təsdiq edə bilərik ki, həkimlər razılıq verən kimi o, cəzaçəkmə müəssisəsinə köçürüləcək, prinsip çox sadə olduğundan, məhkum mütləq cəzaçəkmə müəssisəsində olmalıdır”, - deyə nazir jurnalistlərə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu