Fransada sol ittifaq uzun səylərdən sonra baş nazir namizədini seçib


Fransada keçirilən növbədənkənar ümumi seçkilərin qalibi olan Yeni Xalq Cəbhəsini təşkil edən dörd partiya danışıqların dayanmasına baxmayaraq, baş nazirliyə birgə namizəd kimi Lüsi Kastesi seçib.



Fransa prezidenti Emmanuel Makron iyunun 9-da parlamenti buraxdıqdan sonra 30 iyun və 7 iyulda keçirilən növbədənkənar ümumi seçkilərdə Yeni Xalq Cəbhəsi qalib gəlib.

Lakin seçkidən sonra həftələrlə davam edən danışıqlarda sol ittifaqı yaradan 4 partiya ortaq baş nazir namizədi ilə bağlı razılığa gəlməkdə çətinlik çəkib.

Sol ittifaq danışıqlarda vurğulanan Huguette Bello və Laurence Tubiana kimi adlar üzərində razılığa gələ bilməsə də, Makron bu axşam Fransa televiziyasına qonaq olmadan əvvəl ortaq baş nazir namizədlərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu