"Qalatasaray"ın Avstriya düşərgəsindəki oyun cədvəli açıqlanıb
"Qalatasaray" yeni mövsüm hazırlıqları çərçivəsində 11-27 iyul tarixləri arasında qatılacağı "Summer Series Upper Austria" turnirində 5 yoldaşlıq oyunu keçirəcək.
Klubun saytında yer alan açıqlamaya görə, sarı-qırmızılılar iyulun 11-dən 27-dək Avstriyanın "LASK" komandasının ev sahibliyi etdiyi və "Match Pr"ın təşkilatçılığı ilə keçiriləcək "Summer Series Upper Austria" turnirində iştirak edəcək.
Turnirin açılış matçı 11 iyul Bakı vaxtı ilə 21:30-da "Raiffeisen Arena"da "Qalatasaray" və "LASK" arasında oynanılacaq.
Sarı-qırmızılı komanda iyulun 15-də “Fortuna Düsseldorf” (Almaniya), 18-də “Trençin” (Slovakiya), iyulun 24-də “Leççe” (İtaliya) və iyulun 27-də “Parma” (İtaliya) ilə qarşılaşacaq.
"Raiffeisen Arena"nın ev sahibliyi edəcəyi 4 qarşılaşmanın hamısı Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Mənbə: AA