Dərman təminatı ilə bağlı yenilik gözlənilir


"Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub".


"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur:

"Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu