Hindistan İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək


Hindistan iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan Qlobal Sülh Sammitində təmsil olunacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Nyu Dehli hələlik iştirak səviyyəsi ilə bağlı qərar verməyib. Bunu keçirdiyi brifinqdə Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra deyib.

"Hindistan İsveçrədə keçiriləcək sülh konfransında müvafiq səviyyədə iştirak edəcək. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir. Hindistan təmsilçisi ilə bağlı qərar verdikdən sonra bu məlumatı paylaşmaqdan məmnun olarıq”, - deyə nazir müavini bildirib.

"Hindustan Times" qəzeti mənbələrə istinadən yazıb ki, nə baş nazir, nə də xarici işlər naziri bu konfransda iştirak etməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu