Polisin gəldiyini görüb öz evini partlatdı

2023-cü ilin dekabrında ABŞ-da baş verən şübhəlinin öz evini partladaraq öldüyü hadisənin görüntüləri açıqlanıb.
Polis maşını və bədən kamerası görüntülərindən aydın olur ki, şübhəli polisi görüncə özü öz evini partladıb.
Belə ki, 2023-cü ilin dekabrında ABŞ-ın Virciniya ştatında baş verən hadisədə polis bir adamın evinin pəncərəsindən 30-40 dəfə məşəl atdığı xəbərini alan Arlinqton şəhərindəki bir evə gəlib. Evdə olan 56 yaşlı Ceyms Yoo evin içində barrikada quraraq polisə müqavimət göstərib.
Polis bildirib ki, Yoo onlara bir neçə dəfə atəş açıb, lakin bir müddət sonra evdə şiddətli partlayış olub.
Yoonun öldüyü evdəki partlayış anlarının kamera görüntüləri səlahiyyətlilər tərəfindən iyunun 7-də keçirilən mətbuat konfransında ictimailəşdirilib.