Ukraynanın Aİ üzvlüyünə dair danışıqlar bu ayın sonunda başlayacaq


Avropa İttifaqı iyunun sonunda Ukraynanın qəbulu ilə bağlı danışıqlara başlayacaq.


AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Aİ bu ayın sonuna kimi Ukraynanın üzvlüyünə dair danışıqlara başlamalıdır" - deyə xanım Lyayen bildirib.

“Financial Times” Brüsseldəki mənbələrə istinadən danışıqların iyunun 25-də başlayacağını yazmışdı. Ukraynayönlü partiyaların nəticələrini korlamamaq üçün danışıqlar mart ayından Avropa Parlamentinə seçkilərin keçirilməsinə qədər təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu