Çində parkda 4 ABŞ-lı müəllim bıçaqlandı


Çində qonaq olduqları turizm parkını ziyarət edən 4 ABŞ-lı müəllim bıçaqlı hücuma məruz qalıb.



Yerli mətbuatın verdiyi xəbərə görə, insident ABŞ-ın Kornell Universitetinin dörd müəllimi Çinin şimal-şərqindəki Cilin əyalətindəki Beyşan parkını ziyarət edərkən baş verib.

Bıçaqlı hücumçunun 4 ABŞ vətəndaşını yaraladığı bildirilsə də, təcavüzkarın tutulduğu haqda məlumat verilməyib.

Çin səlahiyyətliləri hələlik heç bir açıqlama verməsə də, hadisə ilə bağlı sosial media yazıları senzuraya məruz qalıb.

Kornell Universitetinin dekanı Conatan Brand hücumu təsdiqləyib. Brand Çinin Beyhua Universiteti ilə əməkdaşlıq və mübadilə proqramı çərçivəsində fakültənin professor-müəllim heyətinin ölkədə qonaq olduqlarını bildirib.

ABŞ Dövlət Departamentinin rəsmiləri hadisədən xəbərdar olduqlarını və onu yaxından izlədiklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu