İsveçdə “terror aktının planlaşdırılması” tapşırığını verən müəllim vəzifəsindən uzaqlaşdırılıb


İsveçdə bir müəllim lisey şagirdlərinə "hipotetik terror hücumu planlaşdırmaq" tapşırığı verdiyi səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb.


İsveç mətbuatında çıxan xəbərlərə görə, ölkənin cənubundakı Jönköping şəhərində liseydə işləyən müəllim şagirdlərinə "hipotetik terror hücumu planlaşdırmaq" tapşırığı verib.

Orta məktəb şagirdlərinə verilən ev tapşırığı ilə bağlı məlumat alan təhsil rəsmiləri müəllimlə bağlı polisə şikayət etdiklərini açıqlayıb.

Məktəb rəhbərliyi müəllimi işdən uzaqlaşdırdıqlarını və məsələ ilə bağlı araşdırmalara başladıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu