Zonquldağda bir çox tarixi əsər ələ keçirilib


Türkiyənin Zonquldağ vilayətinin Çaycuma rayonunda jandarm qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində böyük tarixi əsər qaçaqmalçılığı aşkar edilib. Əməliyyat zamanı sikkələr, heykəllər, zinət əşyaları kimi yüzlərlə tarixi əşya ələ keçirilib, 1 şübhəli həbs edilib.


Jandarm qrupları tərəfindən aparılan əməliyyat zamanı A.K. və E.K. adlı iki şübhəlinin iş yeri, yaşayış yeri və avtomobillərində axtarış həyata keçirilib.

Axtarış nəticəsində 1271 ədəd qızıl, 6 gümüş sikkə, 1 ədəd gümüş rəngli heykəl, 1 ədəd gümüş hesab edilən kulon, 1 ədəd gümüş hesab edilən insan başlı şir heykəlciyi, 2 ədəd qiymətli mədən daşı parçası, 1 ədəd qızıl olduğu güman edilən daş üzük, 12 ədəd 9X19 mm çaplı tapança patronu, ilan kamerası və aparatı hesab edilən cihaz, görüntü ötürmə ekranı, 5 xəzinə axtarışı detektoru və aparatı, 3 əl detektoru və aparatı, 2 həssas tərəzi, 2 xarici sərt disk, 2 mobil telefon və 1 planşet kompüter ələ keçirilib.

Şübhəli ədliyyə orqanlarına sövq edilib. Onun barəsində məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu