Türkiyədə terrorçuların istifadə etdiyi 8 mərtəbəli mağara aşkarlanıb


Türkiyənin Bingöl əyalətinin Genç rayonunda həyata keçirilən əməliyyatda PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağarada 17 ədəd əldəqayırma partlayıcı qurğu ələ keçirilib.



Əyalətdən verilən açıqlamaya görə, İl Jandarma Komandanlığı qrupları kəşfiyyat işləri nəticəsində bölgənin çöl ərazisində terror təşkilatı PKK/KCK və onların mümkün sığınacaqlarını təsbit edib məhv etmək məqsədilə "Şəhid Jandarma Onbaşı Loğman Dargın" adlı əməliyyatı keçirib.

Əməliyyat zamanı qruplar PKK terrorçularının istifadə etdiyi 8 mərtəbəli mağara aşkarlayıb.

Mağarada aparılan axtarışlar zamanı 17 ədəd istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, partlayıcıları gücləndirmək üçün istifadə edilən çoxlu miqdarda mismar və metal parçaları, 22 ədəd böyük boru, 4 ədəd magazin, 250 ədəd akkumulyator, 14 ədəd çəllək müxtəlif həyat və sağlamlıq ləvazimatları, qazma, mətbəx sobası və benzin ələ keçirilib.

Əməliyyat zonasında materiallar məhv edilib və mağara yararsız hala salınıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu