Bayden İsraili dəstəklədiyi üçün praymerizlərdə öz partiyasından azı 500 min səs itirib


ABŞ prezidenti Co Bayden Qəzzaya hücumlarında İsraili dəstəklədiyi üçün ölkə daxilində keçirilən ilkin seçkilərdə öz partiyasının yarım milyondan çox səsini itirib.


İyunun 4-də Nyu-Cersi, Montana, Cənubi Dakota və Nyu-Meksiko ştatlarında və Vaşinqtonda keçirilən ölkənin sonuncu praymerizindən sonra İsrailə dəstəyin Baydenin nə qədər səs itirməsinə səbəb olduğu bilinib.

“The Hill” xəbər verir ki, ölkənin son 4 əyalətində keçirilən seçkilərdən sonra İsraili dəstəkləmək siyasətinə görə “qərarsız” demokratların sayı 500 mini keçib.

Nyu-Meksikada keçirilən praymerizlərdə Baydenə qarşı “qərarsız” səs verənlər 10 faiz, Nyu-Cersidə isə 9 faiz təşkil edib.

ABŞ prezident seçkilərində bir ştatda birinci olan namizəd, rəqiblərinin səs nisbətindən asılı olmayaraq, həmin ştatda bütün nümayəndələri toplayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu