ABŞ Dövlət Departamenti: Jurnalistlər Qəzzada öz işlərini görməlidirlər


ABŞ Dövlət Departamenti Qəzzada baş verənləri bütün dünyaya çatdırmaq üçün beynəlxalq jurnalistlərin Qəzzada öz vəzifələrini yerinə yetirə bilməsi lazım gəldiyini və İsrailin mətbuat mənsublarına icazə verməli olduğunu bildirib.


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə Qəzzadakı son vəziyyəti və İsrailin mətbuat mənsublarına tətbiq etdiyi məhdudiyyətləri dəyərləndirib.

Miller bildirib ki, ABŞ administrasiyası olaraq onlar jurnalistlərin Qəzzada öz vəzifələrini təhlükəsiz yerinə yetirə bilməsi lazım olduğunu düşünürlər. Həmçinin o, bu mövzunu İsrailə dəfələrlə dilə gətirdiklərini söyləyib.

"Yüksək səviyyəli İsrail rəsmilərinə jurnalistlərin Qəzzada işləyə bilmələrinin vacibliyini çatdırdıq. Təbii ki, təhlükəsizliklə bağlı narahatlıqlar var. Onların hərbi əməliyyatları təhlükəyə atmadan işləmələrini təmin etmək imkanınız olmalıdır. Biz jurnalistlərin işləməsini dəstəkləyirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu