ABŞ: Qəzzaya digər yardım variantları yetərli olmadığı üçün biz dəniz yolunu araşdırırıq


ABŞ Dövlət Departamenti Qəzzaya humanitar yardımın çatdırılması üçün digər variantların kifayət etmədiyini, buna görə də yardımın dəniz yolu ilə çatdırılması variantını araşdırmağa başladıqlarını açıqlayıb.


Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında jurnalistlərin bu barədə suallarını cavablandırıb.

ABŞ-ın son bir həftədir Qəzzaya təcili humanitar yardım ehtiyaclarını ödəmək üçün havadan yardım göndərmə əməliyyatları həyata keçirdiyini xatırladan Miller, əlavə yardım göstərmək üçün dəniz yolu variantını da araşdırdıqlarını bildirib.

"Daha əvvəl dəniz yolunun quru yardımına alternativ olmayacağını, buna töhfə verəcəyini bildirmişdik. Ona görə də quru yardımı üçün təzyiqləri davam etdirəcəyik" - deyə Miller qeyd edib.

Qəzzaya humanitar yardımın çatdırılmasında cüzi irəliləyiş olduğunu bildirən sözçü, yardımın ilk növbədə ABŞ-ın daxil olması sayəsində edildiyini, hazırda ABŞ-ın yaxşılaşma üçün səy göstərdiyini deyib.

Miller bu çərçivədə İsrail hökuməti ilə ən yüksək səviyyədə təmaslarının davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu