Ərdoğan “Qalatasaray”ın heyətini qəbul edib - FOTOLAR


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Super Liqasının 2023-2024 mövsümünü çempion olaraq başa vuran "Qalatasaray" İdman Klubunun idarəçiləri, texniki heyəti və idmançılarını Prezident Kompleksində qəbul edib.



Görüşdə "Qalatasaray"ın prezidenti Dursun Özbək, vitse-prezident Mətin Öztürk, baş məşqçi Okan Buruk və gənc idmançılar iştirak edib.

"Qalatasaray"ın prezidenti Dursun Özbek prezident Ərdoğana 53 nömrəli "Qalatasaray" formasını və üzərində adı yazılmış lövhə hədiyyə edib.

Ərdoğan və "Qalatasaray" heyəti komandanın bu mövsüm qazandığı kuboklarla foto çəkdirib.







Mənbə:İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu