Dursun Özbək üçüncü dəfə “Qalatasaray” klubunun prezidenti seçildi
Dursun Özbək üçüncü dəfə “Qalatasaray” klubunun prezidenti seçilib. Özbək ümumilikdə 3343 səs toplayaraq klub tarixində 3 min səsi keçən ilk prezident olub.
Sarı-qırmızılı klubun 104-cü dövr rəhbərliyinin təyin olunduğu Qalatasaray Liseyində keçirilən konqresdə 14-cü sandıq sayıldıqdan sonra Dursun Özbək qalib gəlib.
2015-2018-ci illərdə sarı-qırmızılı klubun prezidenti vəzifəsini icra edən Dursun Özbək 2022-ci ildə keçirilən növbədənkənar ümumi qurultayda 4 illik fasilədən sonra ikinci dəfə prezident seçilib.
Burak Elmasın qalan 2 illik səlahiyyət müddətini tamamlayan Özbək Süheyl Batumla yarışıb.
Özbək cəmi 4 min 410 səsdən 3 min 343 səs alıb və ardıcıl ikinci dəfə ümumilikdə isə üçüncü dəfə prezident seçilib. Süheyl Batum 955 səs toplayıb.
Dursun Özbek və komandası fövqəladə seçki keçirilmədiyi təqdirdə sarı-qırmızılı klubu 2 il idarə edəcək.
Özbəyin rəhbərlik siyahısı aşağıdakı adlardan ibarətdir:
Əsas: Mətin Öztürk, Niyazi Yelkəncioğlu, Bora İsmail Bahçətəpə, Sədat Artukoğlu, Əray Yazqan, Can Natan, Məhmət Saruhan Cibara, Əli Yücə, İbrahim Hatipoğlu, Fatih Dəmircan
Ehtiyat: Ozan Bingöl Yurtsevər, Timur Kuban, Əmir Aral, Tanur Lara Yılmaz, Ece Bora.