Dursun Özbəkdən Xorxe Jesusun sözlərinə cavab


"Qalatasaray"ın prezidenti Dursun Özbək "Fənərbaxça"nın baş məşqçisi Xorxe Jesusun Super Liqa oyunları haqda açıqlamasına cavab verib.


Xatırladaq ki, "Fənərbaxça"nın baş məşqçisi "Super Liqada idman reallığı yoxdur, bu liqada qalibiyyət meydançada qazanılmır" deyə açıqlama verib. Öz növbəsində Dursun Özbək İsa vacib bir klubun məşqçisi, əzəli dostumuz, əzəli rəqibimiz, əhəmiyyətli bir klubdur, ona görə də onun şərhləri ilə bağlı bir şey söyləməyimiz doğru olmaz. Təbii ki, hesab edirəm ki, onun dilə gətirdiyi şeylərlə bağlı aidiyyatı orqanlar, aidiyyatı şəxslər lazım olanı deyəcək və edəcək. Bu mövzuda şərh verməyimiz düzgün deyil'' deyə çalışdırıcının iddialarına geniş şərh verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu